İŞİD-dən dəhşətli hücum: 300 ölü

İŞİD-dən dəhşətli hücum: 300 ölü
  22 Sentyabr 2014    Oxunub:1626
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları Fəlluca şəhərində İraq ordusu üzərinə hücuma keçib.
Bu barədə AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, İŞİD yaraqlıları orduya qarşı hücum zamanı kimyəvi silahlardan hücum edib. Döyüş zamanı 300-dən çox İraq hərbçisi öldürülüb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti