Müəllimlərin maaşı artırıldı

Müəllimlərin maaşı artırıldı
  22 Sentyabr 2014    Oxunub:3761
Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda kadr potensialını artırmaq məqsədilə görülən işlərdən danışılıb. Bildirilib ki, universitetin “İşçilərin işə qəbulu və yerdəyişməsi” komissiyasına 309 nəfər müraciət edib, onlardan 75 nəfərinin vəzifəsi artırılıb, xaricdə təhsil almış 20 nəfərə yaxın ərizəçi işə götürülüb.

Oktyabrın 1-dən universitet əməkdaşlarının əmək haqlarının 15% artırıldığı elan olunub. 10 nəfər 75-80 yaşlı dosentin könüllülük prinsipi əsasında təqaüdə çıxacağı təqdirdə bir illik əmək haqlarının həmin gün onlara təqdim olunacağı bildirilib.

Şura üzvləri xüsusi istedadlar fakültəsinin 74 tələbəsinin 275 min manat həcmində yığılmış təhsil haqqı borcunu da müzakirə ediblər. Qərara alınıb ki, bu borc universitetin vəsaiti hesabına ödənilsin.

İclasda ümumi iqtisadiyyat fakültəsinin adı dəyişdirilib. Fakültə iqtisadiyyat və sənaye fakültəsi adlandırılıb.


Teqlər:





Xəbər lenti