Korrupsiyaya qarşı daha bir sayt

Korrupsiyaya qarşı daha bir sayt
  22 Sentyabr 2014    Oxunub:7053
Rusum.az portalı yeni formatda vətəndaşların istifadəsinə verilib. Rusum.az portalının yeni versiyası vətəndaşların ən çox müraciət etdiyi dövlət xidmətləri üzrə məlumatların daha asan, çevik və operativ şəkildə əldə edilməsi üçün hazırlanıb.

Yeni Rusum.az portalında vətəndaşlar aşağıdakı məlumat və xidmətlərə çıxış əldə edə bilərlər:

1. Seçilmiş rüsumlar – vətəndaşların ən çox istifadə etdiyi rüsumlar
2. Rüsumlar – dövlət orqanları tərəfindən tətbiq edilən bütün rüsumlar
3. “ASAN Xidmət” onlayn növbə - ASAN Xidmət mərkəzlərində növbənin vəziyyəti
4. “ASAN Xidmət” növbə tutulması - ASAN Xidmət mərkəzlərində onlayn növbə tutulması
5. Kalkulyatorlar - vergilər, pensiya, avtomobillərin texniki baxışı, icbari sığorta və gömrük rəsmiləşdirməsi kalkulyatorları
6. Dövlət qurumlarına müraciət –dövlət qurmlarının əlaqə vasitələri və onlayn müraciət imkanı
7. Lisenziya - sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyaların alınması prosedurları
8. Vizalar – xarici səfərlər üçün vizaların alınması qaydaları
9. Onlayn ödəmə - elektron formada dövlət orqanları və digər qurumlara olan ödənişlərin həyata keçirilməsi
10. Faydalı məlumatlar – dövlət orqanları tərəfindən göstərilən xidmətlər barədə faydalı məlumatlar
11. İctimai Forum - dövlət qurumları tərəfindən göstərilən xidmətlər və ictimaiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi

Rusum.az portalı 2010-ci ildən fəaliyyət göstərir, portalın yaradılmasında məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərə töhfə verməkdir.

Rusum.az portalı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın dəstəyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtsaslaşmış “ProDemos” və “Antikorrupsiya Araşdırmalar Mərkəzi” qeyri-hökumət təşkilatlarının birgə səyi nəticəsində hazırlanıb.



Teqlər:  





Xəbər lenti