Daxili İşlər Nazirliyi jurnalist Fuad Abdulrəhmanlının da arasında olduğu 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı açıqlama yayıb.
DİN-in saytına istinadən AzVision.az xəbər verir ki, sentyabrın 21-də saat 21 radələrində Şamaxı şəhərində Şəki şəhər sakini Əlövsət İsmayılovun və Oğuz rayon sakini Nurlan Məmmədəliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Ə.İsmayılov və sərnişinləri - Şəki şəhər sakinləri Elçin Məmmədov, Elşad Hüseynov və Bakı şəhər sakini Fuad Abdulrəhmanlı hadisə yerində ölmüşlər.
Ə.İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülüb.