XİN-in mətbuat katibi: “Deputat oğlu deyiləm”

XİN-in mətbuat katibi: “Deputat oğlu deyiləm”
  22 Sentyabr 2014    Oxunub:4213
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini icra edən Hikmət Hacıyev atasının deputat Asəf Hacıyev olması haqda mətbuatda yer alan xəbərlərə aydınlıq gətirib.

AzVision.az-a açıqlama verən H.Hacıyev bu məlumatın yalnış olduğunu deyib:

“Bu tamamilə yalnışdır. Atamın adı Fərhaddır, özü də təqaüdçüdür”.

Qeyd edək ki, H.Hacıyev Elman Abdullayevin səfir təyinatından sonra XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti