YAP-çı deputat həmsədrləri “yıxıb-sürüdü”

YAP-çı deputat həmsədrləri “yıxıb-sürüdü”
  22 Sentyabr 2014    Oxunub:1541
“Ermənistan işğalçılıq siyasətinə baxmayaraq, təşkilat problemə yumşaq münasibət göstərir. Beynəlxalq qurumların bu cür yanaşmaları isə Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə sövq edir”.

AzVision.az xəbər verir ki, bu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Eldar İbrahimov hakim partiyanın saytına müsahibəsində bildirib.
Millət vəkili ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılıq edib:

“Biz işğalçı dövlətə qarşı ciddi tədbirlərin görülməsini tələb edirik. Amma çox zaman belə cavab alırıq ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun fəaliyyəti isə bizi qane edə bilməz. Həmsədrlər vaxtaşırı olaraq regiona turist səfərləri edirlər. Yəni onların səfərlərinin heç bir nəticəsi yoxdur. Deyirlər ki, məsələni hər iki tərəf razılığa gəlib həll etməlidir. Əgər biz özümüz razılığa gələcəyiksə, onda Minsk qrupu nəyə lazımdır? Ona görə də, həmsədrlərin fəaliyyəti cəmiyyətimiz tərəfindən etirazla qarşılanır”.
E.İbrahimov qeyd edib ki, ümidimiz dövlət başçısının həyata keçirdiyi siyasətədir ki, bu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq.

“Prezidentimizin siyasəti nəticəsində işğalçı dövlət regional layihələrdən kənarda qalıb, iqtisadiyyatı böhran içərisindədir. Bir sözlə, Ermənistan dalana dirənib. Bütün bunlar isə münaqişənin həlli prosesində bizim üstünlüyümüzü artırır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti