Ollanddan Qarabağ mesajı: Münaqişə həll edilməlidir

Ollanddan Qarabağ mesajı: Münaqişə həll edilməlidir
  22 Sentyabr 2014    Oxunub:1600
Fransa Prezidenti Fransua Olland Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlarda uğur əldə olunmasını arzulayır.

AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ollandın Ermənistanın dövlət başçısı Serj Sarkisyana Müstəqillik günü münasibəti ilə göndərdiyi təbrik məktubunda bildirilir.

"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə uğurla başa çatmasını istəyir. Bu məqsədlə sizi oktyabrın sonunda Parisdə qəbul etməyə şadam", – deyə Ollandın erməni həmkarına göndərdiyi məktubda bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti