“Müsavatın qurultayı təxirə salına bilər”

“Müsavatın qurultayı təxirə salına bilər”
  22 Sentyabr 2014    Oxunub:1495
Qurultay həmin gün də keçirilə bilər, təxirə də salına bilər, bir gün gec baş tuta da bilər...
Bu gün Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK) qurultayın keçiriləcəyi yeri barədə müzakirələr aparacaq.

Partiya başqanlığa namizəd Tural Abbaslı AzVision.az-a açıqlamasında bildirib ki, böyük ehtimalla qurultay Əmircan qəsəbəsindəki Mədəniyyət evində baş tutacaq:

“Keçən həftənin sonundan Əmircan qəsəbəsindəki Mədəniyyət evinin rəhbərliyi ilə yekun danışıqların aparılmasına başlanıb. Bakı Turizm İdarəsinə də müraciət olunub. Böyük ehtimalla qurultayı rəhbərliklə razılaşıb Əmircan qəsəbəsindəki Mədəniyyət evində keçirəcəyik. Bu gün Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) bu gün keçiriləcək iclasında həm də Mədəniyyət evinin tələb etdiyi pul barədə məlumat veriləcək. Çünki texniki işlərin həlli komitənin bəlli üzvlərinə tapşırılıb, danışıqları onlar aparır. Çıxış yolları tapmağa, yaxud da Mədəniyyət evinin rəhbərliyini razılığa gətirməyə çalışacağıq”.

Qurultayın təxirə salınıb-salınmayacağına gəlincə isə T.Abbaslı bildirib ki, nəzəri baxımdan hər şey mümkündür:

“Qurultay həmin gün də keçirilə bilər, təxirə də salına bilər, bir gün gec baş tuta da bilər və s. Amma QHTK nümayəndələrinin böyük əksəriyyətinin niyyəti qurultayı keçirməkdir. Əgər qeyri-adi bir hadisə baş verməsə, çox böyük ehtimalla təxirə salınmayacaq”.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti