Sabahın hava proqnozu: yağış yağacaq

Sabahın hava proqnozu: yağış yağacaq
  21 Sentyabr 2014    Oxunub:1731
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal küləyi 9-14 m/s olacaq, gecə arabir 16 m/s-dək güclənəcək.

Temperatur gecə 17-20° isti, gündüz 20-27° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq.

Temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperatur gecə 4-9° isti, gündüz 12-17° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturu gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman alacaq.

Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperatur gecə 10-15° isti, gündüz 20-25° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturu gecə 13-18° isti, gündüz 26-31° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Şimal-şərq küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperaturu gecə 16-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti təşkil edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti