`İŞİD-i məhv edəcəyik` - Obamadan sərt mesaj

`İŞİD-i məhv edəcəyik` - Obamadan sərt mesaj
  21 Sentyabr 2014    Oxunub:1533
ABŞ prezidenti Barak Obama Ağ Evdə etdiyi ənənəvi şənbə günü çıxışında yenidən İŞİD məsələsinə toxunub.
AzVision.az-ın məlumatına görə, Obamada Suriyada və İraqda terror aktları törədən İŞİD-i məhv etmək üçün bütün dünyanın ABŞ-a, ABŞ-ın da öz əsgərlərinə inandığını bildirib.

Obama təkcə avqust ayı ərzində İŞİD-ə qarşı 170 dəfə hücum təşkil etdiklərini diqqətə çatdırıb. O, sonadək mübarizə apararaq İŞİD-in məhv ediləcəyini qeyd edib.

ABŞ prezidenti kəşfiyyat idarələrinin İŞİD tərəfindən hər hansı bir plan qurulması barədə məlumat əldə etmədiyini vurğulayıb. Lakin İŞİD-in həm Yaxın Şərq ölkələri, həm də digər ölkələr üçün təhlükə mənbəyi ola biləcəyini də gizlətməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti