Prezident önəmli görüşlər keçirdi

Prezident önəmli görüşlər keçirdi
  20 Sentyabr 2014    Oxunub:1088
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də bp şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul edib.

AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulandı, “Cənub” qaz dəhlizi layihəsinin regional əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu, layihənin icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev bundan əlavə ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında energetika sahəsində uzun illər səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirdi, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrə Birləşmiş Ştatlar hökumətinin verdiyi dəstəyin önəmini qeyd etdi.

“Cənub” qaz dəhlizi layihəsinin böyük regional əhəmiyyət daşıdığını vurğulayan Amos Hokstayn layihənin təməlqoyma mərasimi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər:  





Xəbər lenti