Nazirin görüş vaxtı dəyişdi

Nazirin görüş vaxtı dəyişdi
  20 Sentyabr 2014    Oxunub:1325
Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşların nəzərinə. Təhsil naziri Mikayıl Cabbarovun 22 sentyabra təyin edilən vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib.
Belə ki, təhsil naziri 29 sentyabrda saat 11:00-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 24, 25 və 26 sentyabr 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, 17, 18 və 19 sentyabr qeydiyyatdan keçmiş vətəndaşlar 29 sentyabrda qəbul ediləcəklər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

AzVision.az


Teqlər:





Xəbər lenti