YAP rəhbərliyi toplandı

YAP rəhbərliyi toplandı
  20 Sentyabr 2014    Oxunub:1357
Sentyabrın 20-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Partiyadan AzVision.az-a verilən məlumata görə, müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov toplantıda qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işlərinin müzakirə olunacağını qeyd edib.

Əli Əhmədov bildirib ki, bu cür müzakirələrin bütövlükdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi və seçki kampaniyasının yüksək səviyyədə təşkil edilməsi baxımından böyük əhəmiyyəti var.

Müşavirədə YAP Sədrinin müavini Əli Əhmədov seçkilərə hazırlıq məsələləri ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Toplantı müzakirələr şəraitində davam edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti