`Seçkilərə ciddi hazırlaşırıq`- Əli Əhmədov
Əli Əhmədov bildirib ki, YAP-ın malik olduğu bütün potensial, o cümlədən, bələdiyyələrdə Yeni Azərbaycan Partiyasının təmsilçilərinin gördüyü işlər mənəvi haqq verir ki, partiyamız yenidən bələdiyyə seçkilərində iştirak etsin: "İnamımız bundan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərində də irəli sürəcəyi namizədlər seçicilərimizin etimadını qazanacaq və növbəti beş ildə də Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndələr Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən bələdiyyələrin işində yaxından iştirak edəcəklər".
YAP Sədrinin müavini daha sonra vurğulayıb ki, Yeni Azərbaycan Partiyası həmişə seçkilərə bir neçə ay qalmış seçki kampaniyasına start verir. "Ciddi hazırlıq işləri görürük, partiyanın malik olduğu resursları – insani resursları, təşkilati resursları seçkilərin yüksək səviyyədə keçirilməsinə cəlb edirik və bir qayda olaraq bütün bunların hamısı seçkilərin bizim üçün yüksək nəticə ilə yekunlaşmasına gətirib çıxarır." - deyə, Əli Əhmədov qeyd edib.
AzVision.az
Teqlər: