Elman Abdullayev prezidentə təşəkkür etdi
E.Abdullayevin sözlərinə görə, Afrikada olarkən həm Efiopiya ilə ikitərəfli münasibətlərin inkişafı, həm də eyni zamanda Azərbaycanın Afrika münasibətrinin inkişafı istiqamətində işlər aparılacaqdır: “Təbii ki, bu gün Afrika Qitəsi Azərbaycan üçün vacibdir, çünki Azərbaycanın beynəlxalq təşkilatlarda günbəgün nüfuzu artmaqdadır və Azərbaycan bu təşkilatlarda fəaliyyətini genişləndirməkdə maraqlıdır”.
XİN-in mətbuat xidmətinin sabiq rəhbəri həmçinin bildirib ki, Afrika Qitəsinə səfərinin tarixi dəqiq deyil: “Səfirlik yeni yarandığı üçün ilk mərhələdə müəyyən texniki məqamlar var onları həll edəndən sonra yeni vəzifədə fəaliyyətimə başlayacam”.
Teqlər: