Saakaşvili ABŞ-da işçi vizası alır

Saakaşvili ABŞ-da işçi vizası alır
  20 Sentyabr 2014    Oxunub:1496
Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili işçi vizasının alınması məqsədilə sənədlərini ABŞ hökumətinə təqdim edib.
AzVision.az-ın məlumatına görə, bu barədə sabiq prezident “The New York Times” qəzetinə bildirib.

Sakkaşvili nəşrə bildirib ki, hazırda o ABŞ-da işçi vizasını almaq üçün turist stasunu dəyişir. Onun sözlərinə görə, o Boston yaxınlığında yerləşən prestijli Tafts Universiteti ilə əməkdaşlığı bərpa etmək və bu təhsil müəssəsində mühazirələr oxumaq istəyir.

Qeyd edək ki, Tiflis Şəhər Məhkəməsi sabiq prezident Mixail Saakaşvilinin əmlakına həbs qoyub. Məhkəmə bu addımı Gürcüstan Baş Prokurorluğunun müraciəti əsasında atıb. Sabiq prezidentin əmlakına həbs qoyulması faktını onun vəkili Otar Kaxidze də təsdiqləyib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti