İlham Əliyev baş nazirlə görüşdü

İlham Əliyev baş nazirlə görüşdü
  20 Sentyabr 2014    Oxunub:1268
Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın təkbətək görüşü olub.
AzVision.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, “Cənub” qaz dəhlizinin reallaşmasının əhəmiyyəti vurğulandı. Qeyd edildi ki, Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq əlaqələrinin böyük perspektivi var.

Söhbət zamanı ikitərəfli münasibətlər, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Daha sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi. Enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, “Cənub” qaz dəhlizinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.


Teqlər:  





Xəbər lenti