Dağıntı və itki yoxdur - Lənkərandan açıqlama

Dağıntı və itki yoxdur - Lənkərandan açıqlama
  19 Sentyabr 2014    Oxunub:2636
`Lənkəranda baş verən zəlzələ zamanı hər hansı dağıntı və itki qeydə alınmayıb`.
Bu barədə AzVision.az-a şəhər İcra hakimiyyətindən bildirirlib.

Qeyd edilib ki, zəlzələ Lənkəranda heç bir fəsad törətməyib: “Kəndlərin hamısı ilə əlaqə saxlamışıq ilkin məlumata görə, zəlzələ heç bir fəsad törətməyib, dağıntı yoxdur”.

Qeyd edək ki, bu gün Lənkəranda yerli vaxtla saat 03:29 radələrində 4 bala yaxın zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, 17 kilometr dərinlikdə maqnitudası 4,5 olan yeraltı təkanlar Lənkəran şəhərindən 18 km qərbdə Lənkəran rayonu ərazisində qeydə alınıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti