Danışan çay daşları -FOTOLAR

Danışan çay daşları -FOTOLAR
  18 Sentyabr 2014    Oxunub:5974
Çay daşlarından ibarət sərgi keçirilib.
Bu gün Müasir İncəsənət Mərkəzində çay daşları üzərində oyma heykəltaraş Ədalət Elmanın əl işlərindən ibarət sərgi keçirilib. Sərgiyə dəvət olunan qonaqlar əl işləri ilə yaxından tanış olub, oyma sənətinin sirləri ilə maraqlanıblar.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Quliyev Ruslan tərəfindən həyata keçirilən “Danışan çay daşları” adlı layihənin əsasında baş tutub. Layihənin icrasına isə Bakı şəhərində iyunun 16-dan başlanılıb.

Layihənin keçirilməsində məqsəd –istedadlı gənclərin inkişafına dəstək olmaq, daş üzrə oyma sənətini və bu sənət üsulu ilə milli dəyərlərimizi gənclər arasında təbliğ etmək, gənclərin və ictimaiyyətin bu sənətə marağını artırmaqdır.

Layihə çərçivəsində Ədalət Elmanın çay daşlarından ibarət əl işlərininin nümayiş olub. Sərgi sentyabrın 20-nə kimi davam edəcək.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti