Millət vəkili jurnalistləri brifinqə çağırdı

Millət vəkili jurnalistləri brifinqə çağırdı
  18 Sentyabr 2014    Oxunub:1500
Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli mətbuatla birgə brifinqlərin keçirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
AzVision.az xəbər verir ki, millət vəkili bildirib ki, belə brifinqlər onların düşündükləri məsələləri bir az da çılpaqlığı ilə deyə bilər:

“Məni jurnalist həmkarlarım düz başa düşsünlər. Bunu biz seminar şəklində də keçirə bilərik. Çünki biz bu sahə ilə çoxdandır məşğuluq və onu dərindən bilirik. Bəzən mətbuatda gedən informasiyalarda yanlışlığa yol verilir. Düşünürəm ki, bu ideyaya biz baxmalıyıq. Gələcəkdə media ilə birgə brifinqlər keçirməliyik”.

Komitənin üzvü, millət vəkili İlham Məmmədov da dinləmələrin keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bununla qanunların düzgün işıqlandırılmasına , faydalı cəhətlərinin izah edilməsinə şərait yaratmış olarlar.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti