Nazirin görüş vaxtı dəyişdi

Nazirin görüş vaxtı dəyişdi
  18 Sentyabr 2014    Oxunub:1315
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Gəncə şəhərində keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, sentyabrın 26-dan sentyabrın 29-na keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S.Müslümov həmin gün saat 10:00-da nazirliyin Gəncə şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (nazirliyin Ümumi şöbəsi), (022) 265-11-81 (Gəncə şəhər ƏSMM), (022) 205-42-43 (Göygöl rayon ƏSMM), (022) 275-10-12 (Samux rayon ƏSMM), (022) 215-30-40 (Daşkəsən rayon ƏSMM), (022) 236-21-33 (Tərtər rayon ƏSMM), (022) 257-48-94 (Kəlbəcər rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhərinə aparılıb-gətirilmələri təmin olunacaq.


Teqlər:





Xəbər lenti