Fazil Məmmədov şikayətçilərlə görüşdü

Fazil Məmmədov şikayətçilərlə görüşdü
  18 Sentyabr 2014    Oxunub:1453
Bu gün vergilər naziri Fazil Məmmədov Zaqatala şəhərində 13 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında Zaqatala, Balakən, Qax rayonlarından olan vətəndaşlarla görüş keçirib.
Görüşdə vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan çox vətəndaş vergilər nazirinə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub. Müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti