Şəmkirdəki qanlı olayla bağlı rəsmi Açıqlama

Şəmkirdəki qanlı olayla bağlı rəsmi Açıqlama
  18 Sentyabr 2014    Oxunub:1921
Daxili İşlər Nazirliyi Şəmkir rayonunun Kür qəsəbəsindəki “Soyuq bulaq” adlandırılan ərazidə baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 17-də Şəmkir rayonunun Kür qəsəbəsindəki “Soyuq bulaq” adlandırılan ərazidə qəsəbə sakini Rəşad Məmmədovla Mahmudlu kənd sakini, əvvəllər məhkum olunmuş Nazim Abbasov arasında münaqişə baş verib.

R.Məmmədov ov tüfəngindən, N.Abbasov isə “AKM” markalı silahdan bir-birinə atəş açaraq xəsarət yetiriblər. R.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş və ayaq nahiyələrindən xəsarət almış N.Abbasov tutulub. Ondan “AKM” markalı silah və 16 ədəd patron götürülüb.


Teqlər:  





Xəbər lenti