Sərnişin avtobusu qəza törətdi: 5 nəfər xəsarət alıb

Sərnişin avtobusu qəza törətdi:  5 nəfər xəsarət alıb
  18 Sentyabr 2014    Oxunub:1431
Bakıda yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, hadisə şahidlərinin apa-ya verdiyi məlumata görə, yol qəzası Bakı dairəvi yolunda qeydə alınıb.

188 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə “Ford” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində xeyli sayda yaralı olduğu bildirilib.

***
Bakıda yük avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) məlumat verilib.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yol qəzası bu gün Bakı dairəvi yolunda qeydə alınıb.


Teqlər:  





Xəbər lenti