Bakı-Şamaxı yolunda qəza: sürücü öldü

Bakı-Şamaxı yolunda qəza: sürücü öldü
  18 Sentyabr 2014    Oxunub:1619
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Bakı-Şamaxı yolunun 128-ci kilometrliyində yol nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "LİFAN" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və qəza nəticəsində 1970-ci il təvəllüdlü Neymət Əlsurət oglu Hüseynov vəfat edib.

Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış N.Hüseynovun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:18-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti