Sarkisyan Papa ilə görüşəcək

Sarkisyan Papa ilə görüşəcək
  18 Sentyabr 2014    Oxunub:1097
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Vatikana rəsmi səfər edəcək.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Sarkisyan səfər zamanı Roma Papası Fransisklə görüşəcək. Bundan əlavə Ermənistan prezidentinin “Müqəddəs taxt”ın dövlət katibi, kardinal Petro Parollini ilə də görüşəcəyi bildirilir.

Sarkisyan həmçinin Vittoriano muzey kompleksində “Şərq nağılı: Xristianlıq yeni minilliyin çağırışları qarşısında” fotosərgisində iştirak edəcək və burada çıxış edəcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti