İcra nümayəndəsi qəzada öldü

İcra nümayəndəsi qəzada öldü
  17 Sentyabr 2014    Oxunub:1520
Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ələt Astara magistralının 132-ci kilometrliyində, yolun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 50 yaşlı Elçin Həsənovun idarə etdiyi "KamAZ" markalı, 15 BX 110 dövlət nömrə nişanlı yük maşını Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn rayonun Günəşli kənd sakini, 52 yaşlı Fikrət Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı, 10 MT 097 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “VAZ-2107”nin mühərrik hissəsi yararsız vəziyyətə düşüb, onun sürücüsü F.Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hadisə yerinə gəlmiş təcili tibbi yardım maşınında Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Məlumata görə, qəza zamanı ölən "VAZ-2107”nin sürücüsü Fikrət Əhmədov Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Günəşli inzibati ərazi vahidliyi üzrənümayəndəsi idi.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.(Apa)


Teqlər:





Xəbər lenti