İlham Əliyevdən yubiley sərəncamı

İlham Əliyevdən yubiley sərəncamı
  16 Sentyabr 2014    Oxunub:2551
Azərbaycan Prezidenti İlham Əliyev Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, şair Rəfiq Zəka Xəndanın Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətləri nəzərə alınaraq, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, şair Rəfiq Zəka Xəndanın 75 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2014-cü ildə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın anadan olmasının 75 illiyi tamam olur.

Rəfiq Zəka klassik poetik ənənələrin layiqli davamçısı kimi zəngin ədəbi fəaliyyəti dövründə meydana gətirdiyi əsərlərlə milli ədəbiyyata töhfələr verib.

Onun yaradıcılığının əsas istiqamətini vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılıq, azərbaycançılıq və istiqlal ideyalarının tərənnümü təşkil edib.


Teqlər:





Xəbər lenti