Mübariz Qurbanlı dindarlara söz verdi

Mübariz Qurbanlı dindarlara söz verdi
  16 Sentyabr 2014    Oxunub:1382
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qubada vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, qəbulda Quba ilə yanaşı, şimal regionunun digər rayonlarından olan sakinlər də qatılıb.

Komitə sədri görüşə gəlmiş vətəndaşları narahat edən məsələləri dinləyib, təkliflər barəsində birgə fikir mübadiləsi aparılıb. Görüşdə dindarlar komitə sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparıblar.

Vətəndaşlardan bir sıra şikayətlərin daxil olduğunu bildirən DQİDK-nın sədri Mübariz Qurbanlı bu məsələlərin tezliklə həll ediləcəyini deyib. Sonda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti