Siyasi partiyalara pul qadağası qoyulur

Siyasi partiyalara pul qadağası qoyulur
  16 Sentyabr 2014    Oxunub:1439
“Siyasi partiyalar haqqında” qanuna növbəti dəyişikliklər nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilib.

Ölkə başçısı İlham Əliyev tərəfindən göndərilən qanun layihəsində qeyd olunur ki, sözügedən qanuna 18-1-ci maddə əlavə edilsin.

Həmin əlavəyə görə, üzvlük haqqı siyasi partiya üzvləri tərəfindən pul formasında mütəmadi ödənilən vəsaitdir.

Üzvlük haqqının məbləği siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilir və bu məbləğdən artıq ödənişlər ianə hesab edilir.

Qanuna təklif olunan 19.7-ci maddədə isə göstərilir ki, şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi 10 min manatdan artıq ola bilməz.

Bununla yanaşı yeni redaksiyada təklif olunan 21.2-ci maddəyə əsasən siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir.

Eyni zamanda siyasi partiyaların illik maliyyə hesabatları MSK-nın rəsmi internet səhifəsində yerləşdirilir.


Teqlər:  





Xəbər lenti