Mirmahmud Mirəlioğlu Milli Şuradan imtina edir
Bundan əlavə Əli Kərimlinin Milli Şuranı inhisarına almaq cəhdləri M.Mirəlioğlunun haqlı etirazlarına səbəb olub. Bu baxımdan ehtimal edilir ki, KXCP Milli Şuradan imtina etmək niyyətindədir.
Bu iddialara cavab almaq üçün Mirmahmud Mirəlioğlu ilə əlaqə saxlasaq da o, Milli Şura ilə bağlı danışmaqdan imtina edib.
Nə üçün Milli Şura ilə bağlı danışmaq istəmirsiz? deyə sualımıza Mirəlioğlu bu məsələ ilə bağlı hər hansı açıqlama vermək istəmədiyini diqqətə çatdırıb.
AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı isə KXCP-nin işinə qarışmaq istəmədiklərini deyib.
Əli Kərimli ilə Mirmahmud Mirəlioğlunun münasibətlərinə gəlincə, F.Qəhrəmanlı əlavə şərh vermək istəməyib.
Fatimə Kərimli