Akif Əlizadə prezidentdən kömək istəyir
Bunu AzVision.az-a açıqlamasında AMEA-nın prezidenti Akif Əlizadə deyib.
O bildirib ki, AMEA-nın magistratura təhsil pilləsi üçün artıq razılıq alınıb: "İndi onun təşkili işi davam edir. Qanuni problemlərə baxılır. Gələcəkdə Akademiyanın nəznində ya təhsil şöbəsi, ya da təhsil qurumu təşkil edilməlidir".
AMEA prezidenti gənc alimlərin ev probleminə də toxunub:
"Gənc alimlər üçün nəzərdə tutulan evlər tikilir. Tələsmək lazım deyil. Maaş məsələsinə gəlincə isə bu, çox müşkül məsələdir. Akademiya öz maaşını özü qazanacaq".
Fatimə Kərimli
AzVision.az