Müsavat Meriyanın təklifinə `hə` dedi

Müsavat Meriyanın təklifinə `hə` dedi
  16 Sentyabr 2014    Oxunub:1063
Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, partiya yığıncağında qurultaya yer ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən daxil olan cavab məktubu müzakirə edilib. Təklif olunan Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən S.Bəhlulzadə adına Mədəniyyət evinin rəhbərliyi ilə imzalana biləcək müqavilənin şərtlərinin müəyyənləşdirilməsi, eləcə də şadlıq sarayları ilə aparılan danışıqların davam etdirilməsi haqqında qərar qəbul edilib.

Regionlardan seçkili orqanlara namizədliklərini irəli sürən müsavatçıların ərizələrinə baxılıb və onların namizədliklərinin qeydə alınması haqqında qərar qəbul edilib.

Partiyanın emblemində dəyişiklik haqqında təklif müzakirədən sonra qurultaya təqdim edilmək üçün qəbul edilib. Müsavat Partiyasının proqram layihəsinin və “Müsavat Partiyasının VIII qurultayında nümayəndələrin qeydə alınması və seçkilər haqqında” sənəd layihəsinin müzakirəsinin növbəti yığıncaqda davam etdirilməsi razılaşdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti