Xəbərdarlıq: Hava əlverişsiz olacaq

Xəbərdarlıq: Hava əlverişsiz olacaq
  16 Sentyabr 2014    Oxunub:2248
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət axşam və gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi günün ikinci yarısında ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 16-sı axşamdan 18-i gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Teqlər:





Xəbər lenti