İsraildən xəbərdarlıq: `Azərbaycana getməyin`

İsraildən xəbərdarlıq: `Azərbaycana getməyin`
  16 Sentyabr 2014    Oxunub:3757
İsrail ölkə xaricinə səfər edən vətəndaşlara terror xəbərdarlığı edib.

AzVision.az-ın məlumatına görə, İsrailin Terrorla Mübarizə Qərargahının yaydığı məlumatda terror təhlükəsi olan ölkələr arasında Azərbaycan da var.

Belə ki, İsrailin potensial terror təhlükəsi olan ölkələr sırasında Azərbaycan ilə yanaşı Kenya, Mərakeş, Nigeriya, Oman və Türkiyə də yer alıb.

İsrail dövləti gələn ay keçiriləcək yəhudi dini bayramları ilə əlaqədar səfərə çıxmaq istəyən vətəndaşları bu ölkələrə getməmək barədə xəbərdarlıq edib.

Afqanıstan, Liviya, Sudan, Somali, Əlcəzair, İndoneziya, Malaziya, Mali, Pakistan və Tunis İsrail vətəndaşları üçün ən təhlükəli ölkələr hesab edilir.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti