2 saylı `ASAN Xidmət` fəaliyyətini bərpa edir

2 saylı `ASAN Xidmət` fəaliyyətini bərpa edir
  16 Sentyabr 2014    Oxunub:6080
Yerləşdiyi inzibati binada baş vermiş yanğın hadisəsi ilə əlaqədar fəaliyyətini bir günlük dayandıran 2 saylı "ASAN Xidmət" mərkəzi sabahdan etibarən vətəndaşlara xidmət göstərəcək.

Bu barədə AzVision.az-a ASAN Xidmət Mərkəzinin İctimayyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov məlumat verib.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 Çağrı mərkəzindən də əldə etmək olar.

Xatırladaq ki, sentyabrın 13-də 2 saylı "ASAN Xidmət" mərkəzinin yerləşdiyi binada yanğın baş vermişdi. Hadisə ilə əlaqədar 2 saylı "ASAN Xidmət" mərkəzi fəaliyyətini bir günlük dayandırmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti