24 nəfər həbs edilib - Ötən gün

24 nəfər həbs edilib - Ötən gün
  15 Sentyabr 2014    Oxunub:1483
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 81 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər ölüb 15 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.


Teqlər:





Xəbər lenti