Büdcəyə 149 milyonluq xeyir

Büdcəyə 149 milyonluq xeyir
  15 Sentyabr 2014    Oxunub:1404
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) avqust ayında dövlət büdcəsinə 149 milyon 138 min manat vəsait ödəyib.
ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, büdcə ödənişi ötən ilin avqust ayı ilə müqayisədə 18 milyon 858 min manat artıb. Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında şirkət tərəfindən büdcəyə 1 milyard 266 milyon 741 min manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 216 milyon 827 min manat və ya 120,7 faiz çoxdur.

Ötən ay ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 405 min manat vəsait köçürüb. Yanvar-avqust aylarında isə şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişin həcmi 95 milyon 903 min manat təşkil edib.


Teqlər:  





Xəbər lenti