Şəxsi məktublarınız oxunur : diqqətli olun

Şəxsi məktublarınız oxunur :  diqqətli olun
  14 Sentyabr 2014    Oxunub:1820
Google, Microsoft və Yahoo! və digər nəhəng texnoloji şirkətlər ABŞ Konqresi üzvlərinə müraciət ediblər
Google, Microsoft və Yahoo! və digər nəhəng texnoloji şirkətlər ABŞ Konqresi üzvlərini fərdi elektron poçt yazışmasının yeni mühafizə standartlarına zəmanət verən qanun qəbul etməyə çağırıb. Bu barədə The Hill nəşri məlumat verib.

Konqresə müraciət edən 70 təşkilat nümayəndəsinin fikrincə, Elektron poçtun məxfiliyi haqqında qanunun qəbul edilməsi ABŞ şirkətlərinə innovasiya tətbiq etməyə və dünya bazarında rəqabət aparmağa kömək edəcək.

"Saytlarda saxlanılan məlumatlara dövlət çıxışı standartları ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması ABŞ-dan kənardakı istifadəçiləri və şirkətləri xidmətlərimizdən istifadəyə stimullaşdıracaq", - ABŞ-ın nəhəng internet şirkətlərinin nümayəndələri bəyan edib.(İctnews)


Teqlər:





Xəbər lenti