“Neftçi” evdə, “Qəbələ” isə səfərdə qalib gəldi

“Neftçi” evdə, “Qəbələ” isə səfərdə qalib gəldi
  14 Sentyabr 2014    Oxunub:1386
Sentyabrın 13-də futbol üzrə Topaz Premyer Liqasının beşinci turu çərçivəsində Bakıdakı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Neftçi” komandası “Xəzər-Lənkəran” kollektivini qəbul edib.
Baş hakim Əliyar Ağayevin idarə etdiyi görüşdə paytaxt təmsilçisi ilk hissənin sonlarında azlıqda qalsa da, minimal hesabla qalib gəlməyi bacarıb (1:0). Bakılıların heyətində oyunun 28-ci dəqiqəsində Flavinyo fərqlənib. Oyunun 41-ci dəqiqəsində “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç qırmızı vərəqə alıb.

Zaqatala şəhər stadionunda isə “Simurq” komandası “Qəbələ” kollektivi ilə qarşılaşıb. “Qəbələ” səfərdə 2:1 hesabı ilə qələbə qazanıb.

Baş hakim Ömər Paşayevin idarə etdiyi görüşdə “Simurq”un heyətində penaltidən Rəşad Eyyubov, “Qəbələ”nin heyətində isə oyunda iki qol vuran Dodo fərqlənib.


Teqlər:





Xəbər lenti