Prezident açılışlar etdi - FOTOLAR

Prezident açılışlar etdi - FOTOLAR
  13 Sentyabr 2014    Oxunub:3753
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonundakı 72 nömrəli məktəb-liseydə və 80 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı əvvəlcə 72 nömrəli məktəb-liseydə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış oldu.

Azərbaycan Prezidentinə məlumat verildi ki, məktəb-liseyin binası 1930-cu ildə inşa olunub. İkimərtəbəli təhsil ocağı ilk illər Qızlar Gimnaziyası kimi fəaliyyətə başlayıb. 1989-cu ildə məktəb üçün ikinci korpus tikilib. Təhsil ocağının 3-cü əlavə korpusu isə 2007-ci ildə inşa olunub. Bu il məktəb-liseydə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 45 sinif otağı olan məktəbdə 1235 şagird təhsil alır.

Sonra Prezident İlham Əliyev Sabunçu rayonundakı 80 nömrəli orta məktəbin əlavə korpusunun əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Dövlət başçısına məktəbdə görülən işlərlə bağlı məlumat verildi. Məktəbin 3 mərtəbədən, 23 sinif otağından ibarət 480 şagird yerlik əlavə korpusu Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu il əsaslı şəkildə yenidən qurulub. Bu korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bundan əlavə Bakının Binəqədi rayonunda 182 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Dövlət başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Dövlət başçısı məktəbin sinif otaqlarına, fənn kabinetlərinə baxdı, yaradılan şəraitlə yaxından tanış oldu.

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 84 nömrəli tam orta məktəbin də yeni binasının açılışında iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi. Bildirildi ki, 1920-ci ildə inşa olunan məktəbin binasından ilk vaxtlar hospital kimi istifadə olunub. Yararsız vəziyyətdə olan bina 2012-ci ildə sökülüb və yerində ən müasir standartlara cavab verən üçmərtəbəli bina tikilib.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, hazırda 48 sinif otağı olan məktəb 1224 şagird yerlikdir. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi qayğını və Prezident İlham Əliyevin Suraxanı rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb.

Dövlət başçısı məktəbdə yaradılan şəraitlə yaxından tanış oldu.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti