28 nəfər həbs edilib - Ötən gün

28 nəfər həbs edilib - Ötən gün
  03 Sentyabr 2014    Oxunub:1601
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölmüş, 17 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.


Teqlər:





Xəbər lenti