12 mindən çox azərbaycanlı Rusiyada təhsil alıb - SİYAHI

12 mindən çox azərbaycanlı Rusiyada təhsil alıb - SİYAHI
  03 Sentyabr 2014    Oxunub:1515
Rusiyanın ali məktəblərində təhsil alan tələbələrin ümumi sayına görə Azərbaycan MDB ölkələri arasında beşinci yeri tutur.
AzVision.az xəbər verir ki, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin məlumatına görə, 2013/2014-cü tədris ilində Rusiyanın ali məktəblərində Azərbaycandan 12.843 tələbə təhsil alıb. Onlardan 1140-ı Rusiya Federasiyasının büdcəsi hesabına, qalanları isə öz vəsaitləri hesabına oxuyublar.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyindən bildiriblər ki, 9.835 tələbə dövlət universitetlərində, 3.008 nəfər isə özəl ali məktəblərdə təhsil alıb. Tələbələrin böyük əksəriyyəti – 7.466 nəfəri təhsilin qiyabi formasını, 4997-si əyani, 255 nəfəri əyani-qiyabi (axşam) formasını seçib, 125 nəfər ekstern yolu ilə təhsil alıb.

Rusiyanın ali məktəblərində təhsil alan tələbələrin ümumi sayına görə Azərbaycan MDB ölkələri arasında beşinci yeri tutur. Rusiyada təhsil almaq üçün daha çox tələbə Qazaxıstan, Belarus, Türkmənistan və Özbəkistandan gəlir.


Teqlər:





Xəbər lenti