`Bu, siyasi təxribatdır` - Səfirlikdən viza açıqlaması

`Bu, siyasi təxribatdır` - Səfirlikdən viza açıqlaması
  02 Sentyabr 2014    Oxunub:1413
Türkiyənin Azərbaycandakı səfirliyi ölkələrimiz arasında viza şərtlərinin sərtləşdirilməsi barədə yayılan məlumatalara aydınlıq gətirib.
Səfirlikdən AzVision.az-a daxil olan məlumata görə, Azərbaycan ilə Türkiyə arasında sadələşdirilmiş viza rejiminin tətbiqinə dəyişiklik edilməsi haqda deyilənlər şayiədir:

“İki qardaş ölkə arasında mövcud sadələşdirilmiş viza rejimi bu günə qədər tətbiq olunduğu qaydada davam etdirilir. Viza rejiminin dəyişdirilməsinə dair Səfirliyin mətbuat xidmətinə istinadla yayılmış məlumatlar siyasi təxribat xarakterli şayiədən başqa bir şey deyildir”.

Qeyd edək ki, bu barədə Türkiyə mətbuatı məlumat yaymışdı.



Teqlər:  





Xəbər lenti