Azərbaycan İŞİD-in xəritəsindən çıxarıldı - FOTO

Azərbaycan İŞİD-in xəritəsindən çıxarıldı - FOTO
  02 Sentyabr 2014    Oxunub:3014
İŞİD-in hədəfində olan və düşmən adlandırdığı ölkələrin siyahısı hazırlanıb.
AzVision.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, İŞİD-in siyahısında ABŞ və İran kimi böyük dövlətlərin adları da yer alıb.

Yeni siyahıda həmçinin İŞİD-in yaratmaq istədiyi İslam Dövlətinə qarşı olan və buna görə əməkdaşlıq edən dövlətlərin də adları göstərilib.

Siyahıda İsrail, Misir, Suriya, Türkiyə, İraq, Qatar, İran, Səudiyyə Ərəbistanı, İrak, ABŞ, Çin və Rusiya dövlətlərinin adları yer alıb. Azərbaycanın adı isə İŞİD-in hədəfində olan ölkələrin siyahısından çıxarılıb.

Qeyd edək ki, bir müddət öncə İŞİD-in hədəfində olan dövlətlərin yeni xəritəsi yayılmışdı. Xəritədə Azərbaycan və Türkiyənin adı da yer almışdı.


Teqlər:





Xəbər lenti