Azərbaycanlı merin qatilləri həbs edildi

Azərbaycanlı merin qatilləri həbs edildi
  02 Sentyabr 2014    Oxunub:2624
Ukraynanın Poltava vilayətində yerləşən Kremençuq şəhərinin meri Oleq Babayevi qətlə yetirməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb.

Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Ukrayna daxili işlər naziri Vitaliy Sakalın sözlərinə görə, aparılan axtarış işləri nəticəsində dörd nəfər həbs edilib. Onlardan ən gəncinin 22 yaşı var. Hazırda istintaq işləri davam etdirilir.

Qeyd edək ki, Oleq Babayev əslən azərbaycanlıdır. Belə ki, onun atası Şəmkir rayonunda anadan olub.

Cinayətlə bağlı Ukrayna DİN-in yaydığı məlumatda bildirilir ki, faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Hazırda hadisə yerində araşdırmalara başlanılıb.

Qeyd edək ki, Oleq Babayev 2010-cu ilin noyabrından Kremençuk şəhərinin meri vəzifəsini icra edib. O, 2007 noyabr – 2010 noyabr tarixlərində Ukrayna Ali Radasının depuatı olub. Babayev “Vorskla” futbol klubunun prezidenti, “Kremen” futbol klubunun isə fəxri prezidenti olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti