Sabah son gündür - TQDK

Sabah son gündür - TQDK
  02 Sentyabr 2014    Oxunub:1158
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə avqustun 30-dan elan olunmuş ixtisas seçimi sentyabrın 3-ü saat 23:59-da başa çatacaq.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan vaxta qədər ixtisasları seçib “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidirlər.

Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

İxtisas seçimi elanı, boş qalan yerləri olan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

2 sentyabr saat 14:00-a olan məlumata görə 555 abituriyent ixtisas seçimi edərək elektron ərizəsini təsdiqləyib.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti