Məşhur rokçu İŞİD-ə qoşuldu - FOTO

Məşhur rokçu İŞİD-ə qoşuldu - FOTO
  02 Sentyabr 2014    Oxunub:9020
İki uşaq anası , 45 yaşlı rokçu Salli Consun Suriyaya gedərək İŞİD-ə qoşulması İngiltərədə müzakirə mövzusuna çevrilib.
AzVision.az xəbər verir ki, əvvəllər rokla maraqlanan və bir sıra konsertlərdə gitarist kimi iştirak edən Cons sonradan islamı qəbul edib. İnternet vasitəsilə Cüneyt Hüseynlə danışan keçmiş rokçu iki uşağını da ataraq Suriyaya gedib.

Salli Consa aid olduğu bildirilən Twitter hesabından xristianları hədələyən tveet paylaşılıb: “Siz xristianlar hamınız başınızın bıçaqla kəsilməsini haqq edirsiniz”.

Consun birlikdə olduğu Cüneyt Hüseyn isə 2012-ci ildə Devid Kemeronun köməkçisinin kompüter hesabını ələ keçirdiyinə görə, 6 ay həbs cəzası alıb. Consun qardaşı Patrik isə bu hadisəyə görə üzüldyünü bildirib: “ Bu ailəmiz üçün çox üzücü durumdur. Aşiq oldu və getdi”.



Emin


Teqlər:  





Xəbər lenti