ABŞ-dan İŞİD-ə zərbə: 11 ölü, 17 yaralı

ABŞ-dan İŞİD-ə zərbə: 11 ölü, 17 yaralı
  02 Sentyabr 2014    Oxunub:1509
ABŞ İŞİD-qarşı hava zərbələrini davam etdirir.
Mosulda yerləşən “Əl-Cumhuri” xəstəxanasının həkimlərindən olan Velid Kasım verdiyi açıqlamada xəstəxanaya 11 ölü və 17 yaralı İŞİD döyüşçüsünün gətirildiyini bildirib.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onlar ABŞ-ın Zummar bölgəsinə etdiyi hücumlar nəticəsində öldürülüb.

Öldürülənlərdən 6-sının digər ərəb ölkələrindən olduğu qeyd edilir.

ABŞ ordusu dünən və bu gecə İŞİD-in hədəflərinə 3 yeni hava hücumu edib. Nəticədə terror təşkilatının bir neçə zirehli texnikası və bazası məhv edilib. Bu hücumlardan sonra ABŞ-ın İraqda İŞİD-ə görə etdiyi hava hücumlarının sayı 123-ə çatıb.

İraqın şimalındakı Tikritdə İŞİD-in 25 nəfəri edam etdiyi bildirilir. Onların İŞİD-ə biət etmədiklərinə görə, ölüm hökmünə çatdırılıb.

Emin



Teqlər:  





Xəbər lenti