İsa Qəmbər meriyadan yer istədi

İsa Qəmbər meriyadan yer istədi
  02 Sentyabr 2014    Oxunub:1208
Müsavat Partiyası qurultaya yer ayrılması üçün yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək.
Partiyadan AzVision.az-a daxil olan məlumata görə, bu barədə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin ötən gün keçirilən iclasında qərar qəbul olunub.

Qeyd edək ki, Müsavat Partiyası VIII qurultayını keçirmək üçün sentyabrın 27-ə vaxt təyin edib. Bundan öncə bir neçə dəfə vaxt müəyyənləşsə də partiya müvafiq yer ayrılmadığını əsas gətirərək qurultayı təxirə salıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti